Mədə kiçiltmə

Qapalı laporoskopik üsulla keçirilən mədə kiçiltmə əməliyyatının mahiyyəti mədənin 70-80%-nin və ya 3/4 hissəsinin kəsilməsi yolu ilə qida qəbulunu azaltmaq və arıqlamanı təmin etməkdir. Mədə kiçiltmə əməliyyatı 50-60 dəqiqə davam edir və xəstə 3 saat sonra yeridilir. Mədə kiçiltmə əməliyyatından 2-3 gün sonra pasiyent evə yazılır.

Bədən
kütlə
indeksi

Boş xanalara çəki və boyunuzu qeyd etməklə, bədən kütlə indeksinizi öyrənə bilərsiniz. Bədən kütlə indeksiniz 30-dan yuxarı olduğu halda, bariatrik cərrahiyyə üçün müraciət etməyiniz tövsiyə olunur.

Sizin indeksiniz: 0
body mass index

Bariatrik cərrahiyyə

Piylənmə (obezity) insanların sağlamlığı üçün ciddi təhdiddir və təəssüf ki, dünyada, eləcə də ölkəmizdə sürətlə artmağa davam edir.
Tətbiq olunan müxtəlif pəhrizlər, idman məşqləri və həyat tərzini dəyişmək üçün verilən cəhdlər bir çox hallarda təkbaşına nəticəsiz qalır. Xüsusilə piylənmənin özüylə bərabər gətirdiyi şəkərli diabet, ürək xəstəlikləri, yuxu apnesi kimi ciddi sağlamlıq problemləri zaman keçdikcə həyati təhlükə yaradır. Məhz belə anlarda bariatrik cərrahiyə böyük əhəmiyyət kəsb edir.
Bariatrik cərrahiyyə - çəki verilməsi məqsədi ilə aparılan bütün cərrahi əməliyyatların toplusudur.
Bu əməliyyatlar nə qədər yeyə biləcəyinizin sərhədlərini müəyyənləşdirərək və qidaların mədə-bağırsaq sistemindən sorulmasını azaldaraq kilo itirilməsinə yönəlib.
Ən geniş yayılmış Bariatrik əməliyyatlar bunlardır: Bir sadələşdirmə etsək deyə bilərik ki, mede kiciltme əməliyyatı zamanı mədənin həcmi cərrahi əməliyyat yolu ilə azaldılaraq daha az qida qəbuluna səbəb olur. Pasient qəbul etdiyi qidaların həcmini kontrol altında saxlaya bilir, doymuşluq hissinə tez çatır.
Yaxud digər bir növ bariatrik əməliyyat növündə bağırsaqların sahəsi kiçildilərək qida maddələrinin sorulmasını azaldır. Beləliklə, kalori alınmasının qarşısını alır.
Məhz buna görə də bir çox hallarda bariatrik cərrahiyyəyə həm də “Artıq çəki cərrahiyyəsi” deyilir. Çünki bariatrik cərrahiyyə uzunmüddətli və qalıcı kilo itirilməsini təmin edən yeganə üsuldur.
Bariatrik cərrahiyyədə əməliyyatlar qapalı üsulla, yəni laporoskopik aparılır. Beləliklə, pasientin bədənində heç bir kəsik izi buraxmır və estetik görünüşü pozmur. Əməliyyatların laporoskopik icra edilməsi sağalma müddətini və xəstəxanada yatış müddətini azaldır.
Qısa müddətdə özündə müsbət dəyişiklik görən pasientin əhval-ruhiyyəsində də ciddi dəyişiklik hiss olunur.
Tətbiq olunan pəhriz və aktiv həyat fəaliyyəti ilə birlikdə bariatrik cərrahiyyə kilo verilməsində gözlənilən nəticələri verir.

Sosial media

Bizi sosial mediada izləyin

Faydalı məlumatlar

Hamsına bax

logo
vizitkart

PhD.Dr. Habil Qafarov

Bariatrik cərrah
Təcrübə
  • 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
  • 2009-2012-ci illərdə Pavlov adına Ryazan Dövlət Tibb Universitetində cərrahiyyə ixtisası üzrə internatura və ordinatura təhsili alıb.
  • 2013-2015-ci illərdə Kursk Dövlət Tibb Universitetində aspirantura təhsili alaraq "Gernioplastika zamanı sintetik material seçimi" mövzusunda elmi işini müdafiə edərək, elmlər namizədi elmi dərəcəsini alıb.
  • 2016-cı ildə Fransanın Strasburq şəhərində bariatrik cərrahiyyə kursunu bitirib.
  • Müxtəlif klinikalarda bariatrik cərrah olaraq çalışıb.
  • 10-dan artıq elmi məqalənin müəllifidir.
İcra etdiyimiz əməliyyatlar
  • Mədəkiçiltmə (Sleeve Gastrectomy)
  • Diafragmal yırtığın laparoskopik ləğvi
  • Öd kisəsi və öd yollarında aparılan əməliyyatlar
  • Qarın boşluğunda icra edilən digər əməliyyatlar
  • Hazırda ölkəmizlə yanaşı Özbəkistanın Daşkənd şəhərində də bariatrik əməliyyatlar icra edir
Pasient rəyləri

Yüzlərlə pasiyenti sağlam və gözəl bədən quruluşuna qovuşdurduq! Siz də qəbula yazılaraq mədəkiçiltmə əməliyyatı ilə artıq çəkinizdən qurtulun və bizdən məmnun ayrılan pasientlərimizdən biri olun!

Daha çox məlumat

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya