Əməliyyatdan Sonra Ağrı Olur?

Mədə Kiçiltmə Əməliyyatından Sonra Ağrı Olur?

Mədə kiçiltmə əməliyyatından sonra ağrı olacaq narahatlığı piylənmədən əziyyət çəkən bir çox xəstənin əməliyyatdan qorxmasına və hətta qaçmasına səbəb olur. Ancaq laporoskopik üsulla icra edilən bariatrik əməliyyatlardan sonra ağrı çox minimal səviyyədə olur. Mədə kiçiltmə əməliyyatı sonrası hiss edilən ağrının şiddəti insandan insana dəyişsə də, appendisit, yırtıq və ya qadınlarda qeysəriyyə əməliyyatı sonrası yaşanan ağrılardan daha az olur.

Ağrı hissi və dərəcəsi xəstənin ağrıya həssaslığına, daha əvvəl cərrahiyyə əməliyyatı olub-olmamasına və hətta əməliyyata qərar verərkən və hazırlaşarkən yaşadıqlarına görə dəyişir. Əməliyyatdan əvvəlki dövrdə seçilən komanda və xəstəxananın etibarı, ailənin dəstəyi və lazımi məlumatlar kimi faktorlar xəstənin əməliyyata sakit və dinc bir şəkildə girməsini, əməliyyatdan sonrakı dövrdə daha rahat olmasını və daha az ağrılı olmasını təmin edir. 

Mədəkiçiltmə əməliyyatından sonrakı ilk saatlarda hiss edilən cüzi ağrı hissi ağrıkəsicilərlə korreksiya edilir. Pasiyent əməliyyatdan 3 saat sonra yeridilir. 

Mədə kiçiltmə əməliyyatı keçirən xəstələr əməliyyatın 2 və ya 3-cü günü xəstəxanadan tam ağrısız evə yazılır. Böyük qarın kəsiyi olmadığı üçün postoperativ ağrı demək olar ki yoxdur. Bütün laparoskopik əməliyyatlardan sonra müşahidə oluna bilən çiyin ağrısı 1-2 gün ərzində özbaşına keçir və asanlıqla sadə bir ağrı kəsici ilə nəzarət edilə bilər.

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya