Mədə Balonu Nədir? - Mədəkiçiltmə - PhD. Dr. Habil Qafarov
Mədə Balonu Nədir?
Mədə balonu mədə kiçiltmə məqsədi ilə endoskopik üsulla həyata keçirilən bir prosedurdur. Mədə balonu proseduru zamanı xəstənin mədəsinə yerləşdirilən mədə balonu hava və ya su ilə doldurulur. Bu proses zamanı xəstə heç bir şəkildə ağrı və ya narahatlıq hiss etmir.
Mədə balonu əməliyyatı cərrahi olmayan bir prosedurdur və yuxarıda haqqında danışdığımız balonların mədəyə endoskopik yeridilməsi ilə icra edilir. Bu prosedur adətən əməliyyatdan əvvəl 20-25 kiloqram arıqlamaq məcburiyyəti olan və morbid piylənmə diaqnozu ilə əməliyyatı planlaşdırılan, lakin əməliyyat riski yüksək olan xəstələrdə tətbiq edilir. Həmçinin digər üsullarla arıqlaya bilməyən və çəkisi çox olanlara da bu texnikanın tətbiqi mümkündür.
Prosedur zamanı materialı silikon olan yumşaq, dairəvi balonlar mədəyə yeridilir. Sonra maye vasitəsi ilə həcmi genişləndirilir. Bu prosedur ümumi anesteziya ilə 15-20 dəqiqə ərzində icra edilir.
İlk günlərdə- mədə balonu tam mədəyə yerləşənə qədər sancışəkilli ağrı, ürəkbulanma, qusma kifayət müşahidə olunsa da, sonra bu simptomlar aradan qalxır.
Bu simptomları azaltmaq üçün mədə balonu tətbiq edildikdən sonra ilk 1-3 gün ərzində duru, sonrakı 4-10-cu günlərdə isə püre şəklində olan qidalar qəbul edilir. 11-ci gündən etibarən pasient normal qidalanmaya keçir.
Mədə balonu qoyulduqdan sonra pasiyent xüsusi qidalanma vərdişinə riayət etməlidir. Hətta balon çıxarıldıqdan sonra da pasient qidalanma rejiminə əməl etməyə davam etməzsə, verdiyi çəkiləri asanlıqla və qısa zaman ərzində geri qaytara bilər.
Məhz buna görə də mədə balonu çox az və xüsusi hallarda tətbiq olunur.
Mədə Balonu Arıqlama və Mədə Kiçiltmə Üçün Effektiv Üsuldur?
Bəli, mədə balonu sayəsində xəstə artıq çəkilərindən azad ola bilər. Lakin xəstənin mədə balonu emeliyyati sonrası idman və qidalanma vərdişlərini dəyişdirməsi olduqca vacibdir. Doğru bir şəkildə qidalanan və aktiv həyat tərzinə keçən xəstələr mədə balonu proseduru ilə qısa zamanda yaxşı nəticə görə bilərlər.
Mədə balonu proseduru cərrahiyyə əməliyyatına ehtiyac duymayan bir prosedur olduğu üçün əməliyyat sonrası risklərin yaranma ehtimalı da olduqca azdır.
Mədə Balonu Necə Arıqladır?
Mədə balonu, bədəndə heç bir əks təsir yaratmadan mədəsini dolduran bir şar sayəsində insanın toxluq hissini uzadan tibbi tətbiqdir. Piylənməni müalicə etmək üçün istifadə edilən digər bariatrik prosedurlarda olduğu kimi, insan yediyi qida miqdarını azaltmaqla əsasən zəifləyir.
Mədə Balonu İlə Nə Qədər Arıqlamaq Olar?
Xəstənin tibbi keçmişi, keçmişdəki çəkisi, arıqlamasına mane olan xəstəlikləri, həzm xəstəlikləri və digər faktorlar mədə balonunun taxılması ilə nə qədər çəki itiriləcəyinə təsir edən amillərdir. Yəni, mədə balonu ilə itiriləcək olan çəki insandan insana dəyişir. Lakin ümumi olaraq düşünsək mədə balonu taxdıran insanlar minimum 10, maksimum 25 kilo arıqlayırlar.
Diqqətinizi çəkə bilər: Mədə Kiçiltmə Əməliyyatı, Mede Kiciltme Emeliyyati - Dr. Habil Qafarov
Elipse Mədə Balonu (Udula Bilən Balon) Nədir?
Udula bilən mədə balonunun endoskopik şəkildə yerləşdirilən balonlardan fərqi ondan ibarətdir ki, xəstə uclarına kabel bağlanmış həbşəkilli böyük əşyanı udur. Bu obyekt udulduqda onun mədəyə girişi rentgen aparatları ilə izlənilir və idarə olunur. Cisim mədəyə çatdıqda həkim onu şişirdərək balon formasını verir və ucundakı kabellə əlaqəsi ayrılaraq mədə içərisində qalmasını təmin edir. Sonrakı aylarda balon öz-özünə sönür və balon bağırsaq vasitəsilə xaric olur. Elipse mədə balonu təsiri endoskopik balonla eynidir.
Mədə Balonu Əlavə Təsirləri, Riskləri
Mədə krampları, ürəkbulanma və ya qusma kimi simptomlar mədə balonu prosedurunun tətbiqindən qısa müddət sonra ortaya çıxa bilən risklər arasındadır.. Mədə əvvəllər tanımadığı və öyrəşmədiyi yad cisim ilə qarşılaşdığı üçün müalicənin əvvəlində belə əlamətlər çox təbiidir. Bu simptomları aradan qaldırmaq üçün bariatrik həkim müxtəlif qastroprotektorlar və ya ağrı kəsici dərmanlar tövsiyə edilə bilər.
Mədə Balonu Necə Çıxardılır?
Xəstənin mədəsinə yerləşdirilən mədə balonu daha sonradan xəstənin mədəsindən çıxarıla bilər. Bu proses olduqca sadə bir prosesdir. Öncəliklə həkim mədəyə yerləşdirdiyi balonun içərisindəki suyu və ya havanı çıxardır və daha sonra tibbi alətlər vasitəsilə mədədəki balonun mədədən çıxardılması həyata keçirilir.
Mədə Balonu Qiyməti
Mədə balonu qiyməti və ümumilikdə prosedurun xəstə üçün olan maliyyəti lazım olan analizlər aparıldıqdan sonra xəstəyə bildirilməkdədir. Mede balonu qiymeti haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə vasitələri ilə əlaqəyə keçə bilərsiniz.