Gastrik Bypass Əməliyyatı Nədir və Necə Edilir? - Dr. Habil Qafarov

Gastrik Bypass Əməliyyatı Nədir?


Gastrik bypass əməliyyatı mədənin böyük bir hissəsinin bypass edilərək kiçik həcmli mədənin hazırlanması və hazırlanan mədənin incə bağırsağa tikilməsi ilə həyata keçirilir. 


Gastrik bypass əməliyyatı zamanı mədə kiçiltmə və qəbul edilən qidaların həzm olunmadan mədədən ixrac edilməsi hədəflənir. Bu sayədə pasiyentlər həm daha az qida ilə doyma hissi yaşaya bilir, həm də aldıqları qidanın bir hissəsini həzm etmədən mədələrindən ata bilirlər.


Gastrik Bypass Əməliyyatı Necə Edilir?


Gastrik bypass əməliyyatı eynilə digər mədəkiçiltmə əməliyyatları kimi qapalı laparaskopiya üsulu ilə həyata keçirilir. Bu o deməkdir ki, cərrah mədə kiçiltmə əməliyyatını xəstənin qarın bölgəsində açılan kiçik deşiklər vasitəsilə uğurlu bir şəkildə həyata keçirir.


Diqqətinizi çəkə bilər: Mini Gastrik Bypass Əməliyyatı Nədir? - Dr.Habil Qafarov

Gastrik Bypass Əməliyyatının Riskləri


Mede kiciltme emeliyyatinin fesadlari aşağıdakılardır:


  1. Əməliyyat zamanı və əməliyyatdan sonra bir çox mədə əməliyyatı prosesində görülə bilən qanama, sızma, infeksiya, bağırsaq tıxanması və ümumi anesteziya komplikasiyaları görünə bilər.

  2. Əməliyyatla bağlı risklərdən biri də incə bağırsaq ilə mədə arasında meydana gələ biləcək qanaxma və bu qanaxmaya bağlı olaraq ikinci bir əməliyyat ehtiyacıdır.

  3. Ayaqlarda və ağciyərdə qan laxtalanması meydana gələ bilər.


Yuxarıdakı risklər mədəkiçiltmə əməliyyatında pasiyentlərin qarşılaşdığı risklərdir. Həkim heyəti və cərrahlar bu riskləri ən az səviyyəyə endirirlər. Lakin əməliyyatı keçirən xəstələrin 10%-lik hissəsində yuxarıda sadalanan risklər görünə bilir.


Gastrik Bypass Əməliyyatı Kimlər Üçündür?


Mədə kiçiltmə əməliyyatı xəstənin bədən kütlə indeksinə uyğun olaraq dəyərləndirilir. Bədən kütlə indeksi 40 və daha yuxarıda olan xəstələr və ya bədən kütlə indeksi 35-40 arasında olan və artıq piylənmə ilə yanaşı şəkərli diabet (tip 2), təyziq, yuxusuzluq kimi medikal problemləri olan xəstələr üçün gastrik bypass mədəkiçiltmə əməliyyatı uyğundur.


Gastrik Bypass Əməliyyatından Neçə Gün Sonra Evə Qayıtmaq Olar?


Gastrik bypass əməliyyatı olan xəstələr adətən 3-4 gün sonra evlərinə qayıda bilərlər.


Mədə Kiçiltmə Əməliyyatından Nə Qədər Sonra Xəstə Arıqlamağa Başlayır?


Mədə kiçiltmə əməliyyatı olan insanlarda arıqlamaq ilk aydan başlayır. Xəstələr 2 il içərisində artıq çəkilərinin 90%-inə qədərini itirirlər.


Gastrik Bypass Əməliyyatından Sonra Nəyə Diqqət Etmək Lazımdır?


  1. Əməliyyatdan sonra gündə 3 dəfə olmaqla keyfiyyətli qidalar qəbul olunmalıdır.

  2. Yeməklər protein cəhətdən zəngin olmalıdır.

  3. Gün içərisində meyvə və tərəvəzlərə üstünlük verilməlidir.

  4. Su itkisinin qarşısını almaq üçün gün ərzində 1,5-2 litr su içmək mütləqdir. Əks halda baş ağrısı, mede agrisi, baş dönməsi, mədə bulantısı və halsızlıq kimi narahatlıqlar özünü göstərə bilər.

  5. Şəkərdən qaçınmaq lazımdır.

  6. Qəbul olunan qidalar bir müddət çeynəndikdən sonra udulmalıdır. Əks halda bərk olan qidalar mədə çıxışını tıxayaraq ağrı, narahatlıq və qusmaya səbəb ola bilər.




Add comment

Add comment

reload, if the code cannot be seen

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya