Duodenal Switch Əməliyyatı - Mədə Kiçiltmə - Dr. Habil Qafarov

Duodenal Switch Əməliyyatı Nədir?


Duodenal Switch əməliyyatı (onikibarmaq bağırsağın dəyişdirilməsi)  bariatrik cərrahiyyə tətbiqləri arasında ən çox tanınan və əhatəli arıqlama üsullarından biridir. 


“Biliopancreatic diversion” ilə birlikdə icra olunan “Duodenal Switch”şəkərli diabet, yüksək təzyiq və yüksək xolesterin xəstələri üçün olduqca faydalı bir üsuldur. Hətta yüksək kalorili qidalanan xəstələr üçün ən ideal metodlardan sayılır. “Duodenal Switch” əməliyyatı Bədən Kütlə İndeksi (BKİ) 50-dən çox olan, yaxud BKİ-i 40-dan çox olub yanaşı xəstəliyi olan xəstələrə tətbiq oluna bilər. Yuxarıda qeyd etdiyim şəkərli diabet, yüksək təzyiq, yüksək xolesterin ilə yanaşı yuxu apnesi, qaraciyər piylənməsi olan xəstələr də Duodenal Switch əməliyyatından faydalana bilər.


Duodenal Switch əməliyyatı laparoskopik olaraq 2 mərhələdə icra edilir.


İlk mərhələdə “Sleeve Gastroectomy” əməliyyatında olduğu kimi mədənin böyük bir hissəsi kəsilib çıxarılır.


Beləliklə, pasient daha az qida və kalori qəbul edir.


Duodenal Switch əməliyyatının bu mərhələdə üstün cəhəti pilorik hissəsinin və onikibarmaq bağırsağın kiçik bir hissəsinin saxlanılmasıdı. Çünki mədənin çıxış hissəsində-yəni pilor hissəsində xüsusi əzələ qrupu yerləşir ki, bu əzələ qrupu qidanın hissə-hissə və nəzarət altında nazik bağırsağa keçməsini təmin edir. Bu əzələ qrupunun ikinci vəzifəsi isə mədəaltı vəzi və öd kisəsindən gələn və həzmə kömək edən fermentlərin onikibarmaq bağırsağa tökülməsinin qarşısını almaqdır.


Beləliklə, həm qida parçalanmanı təmin edən bu fermentlərlə daha az qarşılaşır, həm də fermentlərin təsirindən yaranan xoralar demək olar ki, müşahidə edilmir.


İkinci mərhələdə isə qidanın mədədən onikibarmaq bağırsağa keçməsi qalıcı olaraq əngəllənir, bununla da nazik bağırsağın başlanğıcdakı 2/3 hissəsinə qida keçməsi ömürlük dayandılır. Nəzərə alsaq ki, yağların və karbohidratların böyük bir hissəsi məhz bu kəsilib çıxarılan hissədən sorulur, bu “qurğu” qəbul etdiyimiz qidaların 65%-nin sorulmadan orqanizmdən çıxarılmasını təmin edir. Mədənin çıxacaq hissəsinə nazik bağırsağın qalın bağırsağa yaxın hissəsi birləşdirilir. Beləliklə, nə qədər yağlı və kalorili qida qəbul etsək də, bu qidaların 65%-i bağırsaqlardan heç sorulmadan kənarlaşdırılır. Bununla da, “Duodenal Switch” əməliyyatı uzun vədədə və qalıcı olaraq kilo verilməsini təmin edir. Əməliyyatın ilk birinci ilində artıq çəkinin 74%-i itirilmiş olur. Beş il ərzində bu nəticə 84%-ə qədər arta bilər. Əməliyyat laparoskopik, yəni qapalı üsulla icra edilir, buna bağlı olaraq xəstəxanada yatış müddəti və sağalma dövrü qısadır. Digər əməliyyatlardan fərqli olaraq, ürəkbulanması və qusma daha az rast gəlinir.


Duodenal Switch Əməliyyatı Sonrası Vəziyyət


Bu cərrahi üsulda vitamin və mineralların udma dərəcəsi biliopankreatik diversiyadan daha yüksəkdir. Başqa sözlə, vitamin və mineral əlavələrə ehtiyac daha azdır. Xəstələr təxminən 4-5 gün xəstəxanada qaldıqdan sonra evə buraxılırlar. Əməliyyatdan sonra ilk növbədə maye qidalara başlanılır. Sonra tədricən yumşaq və bərk qidalara keçid edilir. Onikibarmaq bağırsağın dəyişdirilməsi əməliyyatından sonra mədə böyük olduğu üçün qidalanma daha asan olur.


Ümumiyyətlə bədən kütlə indeksi 40-dan yuxarı olan xəstələrə tətbiq edilən bu əməliyyatlar diabet xəstələrinin qan şəkərinə nəzarətdə də çox qənaətbəxş nəticələr verir. Bu o deməkdir ki, 2-ci tip diabet kimi xəstəliklərin yaranmasının qarşısını alır.


Əməliyyatdan sonra xəstələrə ömürlük vitamin və mineral əlavələri lazımdır. Xüsusilə B12, dəmir və kalsium nisbətləri davamlı olaraq izlənilməlidir. Bu əməliyyatdan sonra xəstələr intensiv şəkildə izlənməlidir. Davamlı olaraq izlənməyən xəstələrdə qidalanma problemləri görülə bilər. Əməliyyatın yan təsirləri arasında ishal, pis qoxulu qaz, öd kisəsində daş əmələ gəlməsi və zülal çatışmazlığı kimi yan təsirlər görünə bilər.


Diqqətinizi çəkə bilər: Mədə Botoksu Nədir və Necə Edilir? Mədə Botoksu Təsiri

Duodenal Switch Əməliyyatının Faydaları


  • Onikibarmaq bağırsağın dəyişdirilməsi əməliyyatı uzun müddətli arıqlamağı təmin edən təsirli və effektiv bir üsuldur. Gastrik Bypass kimi digər cərrahi üsullarla müqayisədə Duodenal Switch əməliyyatı (onikibarmaq bağırsağın dəyişdirilməsi) xəstənin daha yaxşı arıqlamasına kömək edir.

  • Xəstələr Gastrik Bypass və mədə bandı üsulları ilə müqayisədə daha çox yemək yeyə bilərlər.

  • Diabet və hipertoniya ilə mübarizədə, yüksək xolesterin və yüksək trigliserid səviyyələrini normal səviyyəyə çatdırmaqda çox təsirlidir.

  • Bu əməliyyat ilə şəkərli diabetin tənzimlənməsi və nəzarət edilməsində uğurludur.

  • Yüksək təyziqin həllində uğurludur.

  • Həyat tərzini düzəldə bilməyən, həddindən artıq kalorili və yağlı qidalarla qidalanan xəstələr üçün ən uyğun üsuldur.


Duodenal Switch Əməliyyatından Sonra Qidalanma


Onikibarmaq bağırsağın dəyişdirilməsi yəni Duodenal Switch əməliyyatından sonra xəstələrin həkim tərəfindən tapşırılan arıqlama diyetası və aktiv həyat qaydalarına əməl etməsi zəruridir. Qidalanma eynilə əməliyyat qədər vacib olduğu üçün həkimin tapşırıqlarına əməl edən xəstələr əməliyyatdan ən yüksək faydanı əldə edəcəklər.

Add comment

Add comment

reload, if the code cannot be seen

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya