Bariatrik cərrahiyyə mədə kiçiltmə əməliyyatı vasitəsilə arıqlama yolları arasında ən vacib olan metoddur. Bariatrik cərrah Dr. Habil Qafarov ilə artıq çəkidən azad olun!

Bariatrik cərrahiyyə nədir?


Piylənmə (obezity) insanların sağlamlığı üçün ciddi təhdiddir və təəssüf ki, dünyada, eləcə də ölkəmizdə sürətlə artmağa davam edir.


Tətbiq olunan müxtəlif pəhrizlər, idman məşqləri və həyat tərzini dəyişmək üçün verilən cəhdlər bir çox hallarda təkbaşına nəticəsiz qalır. Xüsusilə piylənmənin özüylə bərabər gətirdiyi şəkərli diabet, ürək xəstəlikləri, yuxu apnesi kimi ciddi sağlamlıq problemləri zaman keçdikcə həyati təhlükə yaradır. Məhz belə anlarda bariatrik cərrahiyə böyük əhəmiyyət kəsb edir.


Bariatrik cərrahiyyə - çəki verilməsi məqsədi ilə aparılan bütün cərrahi əməliyyatların toplusudur. 


Bariatrik cərrahiyyə əməliyyatı mədə kiçiltmə ilə insanın daha az yemək yeməsinə və erkən toxluq hissi əldə etməsinə imkan verir. Bariatrik cərrahiyyə növlərinin bəzilərində isə kiçik bağırsaqda həyata keçirilən dəyişikliklərlə qəbul edilən qida maddələrinin udulması və kalori qəbulunun azaldılması hədəflənir. 


Mədə kiçiltmə məqsədi ilə həyata keçirilən bariatrik cərrahiyyə əməliyyatı insan bədənində kiçik kəsiklərin açılması ilə həyata keçirilən laparoskopiya əməliyyatıdır. Mədə kiçiltmə əməliyyatı açıq əməliyyata nisbətən daha az riskli və asan bir əməliyyatdır. Mədə kiçiltmə əməliyyatının sonunda xəstə gündəlik həyatına qısa vaxt ərzində qayıda bilir və sürətli bir şəkildə səhhətini geri qazanır.


Ən geniş yayılmış Bariatrik əməliyyatlar bunlardır:


  1. Mədəkiçiltmə əməliyyatı (Sleeve Gastrectomy)

  2. Gastrik Bypass əməliyyatı (Gastric-bypass)

  3. Mini Gastrik Bypass əməliyyatı (Mini Gastric-Bypass)

  4. Mədə bandajı və ya mədə bandı


Mədə kiçiltmə əməliyyatı


Medekiciltme emeliyyatı növləri arasında ölkəmizdə ən çox tətbiq olunan metodlardan biri də “Sleeve Gastrectomy” və adı verilən mede kiciltme emeliyyatı növüdür. Bilindiyi kimi, artıq çəkidən əziyyət çəkən xəstələr doyma hissini gec əldə edirlər. Bu səbəbdən mede kiciltme emeliyyatı ilə xəstələrin mədə həcminin kiçildilməsi və xəstənin artıq yemək qəbul etməsinin önünə keçilir. Yəni, mədəkiçiltmə əməliyyatının məqsədi xəstənin mədəsinin kiçildilməsi və daha az yemək qəbul etməsinə şərait yaradılmasıdır.


Mədəkiçiltmə əməliyyatı laparoskopiya əməliyyatıdır və qapalı şəkildə həyata keçirilir. Mədə kiçiltmə əməliyyatı olan xəstələrin artıq çəkilərinin 60%-lik hissəsi əməliyyatdan sonraki ilk 1-2 il ərzində yox olmaqdadır.


Gastrik Bypass əməliyyatı (Gastric-bypass)


Gastrik bypass əməliyyatı zamanı xəstənin mədəsinin funksionallığı böyük ölçüdə azaldılaraq incə bağırsağın strukturu dəyişdirilir və bu sayədə xəstə artıq çəkilərindən azad olmağa başlayır. Gastrik bypass mədə kiçiltmə əməliyyatı növündən ən çox şəkərli diabet xəstələri fayda görürlər.



Mini Gastrik Bypass əməliyyatı (Mini Gastric-Bypass)


Mini gastrik bypass əməliyyatı artıq çəkidən əziyyət çəkən xəstələr üçün tətbiq edilən mədə kiçiltmə əməliyyatı növüdür. Mini gastrik bypass əməliyyatı qısa müddət ərzində həyata keçirilən, xəstənin xəstəxana şəraitində ən az müddət qaldığı əməliyyat növüdür. Mini gastrik bypass əməliyyatı xüsusilə şəkərli diabet və qan təyziqi yüksək olan xəstələr üçün tətbiq edilir.


Mədə bandajı və ya mədə bandı


Mədə bandı və ya mədə bandajı metodu artıq piylənmədən əziyyət çəkən xəstələrin diyeta və idman vasitəsilə arıqlamaqda uğursuz olduğu zaman tətbiq edilən mede kiciltme emeliyyati növlərindən biridir. 


Mədə bandı əməliyyatı təxmini olaraq 1 saat ərzində tətbiq edilir. Bu əməliyyat zamanı mədənin yuxarı hissəsindən az miqdarda sıxışdırma tətbiq etməklə mədə həcminin kiçildilməsi və xəstənin daha az yemək istəməsi hədəflənir. Mədəkiçiltmə əməliyyatının sonunda xəstələr həm daha az yemək qəbul edir həm də daha uzun müddət toxluq hissinə sahib olur.


Bariatrik Cərrahiyyə və Təsirləri


Arıqlamaq üçün əməliyyat şərt olmasa da, xəstənin artıq çəkilərindən qısa müddətdə azad olması üçün mədə kiçiltmə əməliyyatı olduqca faydalı və uğurlu bir cərrahiyyə metodudur. Arıqlama üsulları arasında bariatrik əməliyyat xəstələrin qısa müddətdə ən yaxşı nəticəni əldə etməsinə kömək edir. Bariatrik emeliyyat xəstələrin artıq piylənmədən əziyyət çəkməsini sonlandırır və xəstələrə keyfiyyətli bir həyat bəxş edir. Xüsusilə şəkərli diabet xəstələri üçün həyata keçirilən bariatrik cərrahiyyə və mədə kiçiltmə əməliyyatı ilə xəstələrin itirdikləri artıq çəkiləri qandakı şəkər səviyyələrinin normallaşmasına kömək edir.


Kimlər Mədəkiçiltmə Əməliyyatı Ola Bilər?


Uzun illər boyunca artıq piylənmədən əziyyət çəkən xəstələr mede kiciltme emeliyyati ola bilər. Bariatrik cərrahiyyə tətbiq olunması üçün xəstə 20-65 yaşları arasında olmalıdır. Mədəkiçiltmə əməliyyatı xəstənin mövcud səhhətinə uyğun şəkildə qərarlaşdırılır.


Bariatrik Cərrahiyyə: Mədə kiçiltmə əməliyyatına hazırlıq


Artıq çəkidən əziyyət çəkən xəstənin bariatrik cərrahiyyə ilə əməliyyat edilməsinin uyğun olub olmadığını anlamaq üçün xəstə həkim tərəfindən yoxlanılmalıdır. Əgər xəstənin mədə kiçiltmə əməliyyatına ehtiyacı varsa və xəstə əməliyyatın bütün tələblərini qarşılayırsa bariatrik həkim xəstənin yoxlanışını həyata keçirir və bir sıra analizlər tətbiq edilir.


Həyata keçirilən əməliyyatın sonunda xəstənin mədə kiçiltmə əməliyyatına uyğun olduğu müəyyən edilərsə bariatrik həkim və cərrah xəstəyə ən uyğun olan bariatrik cərrahiyyə metodunun müəyyən edir.


Mede Kiciltme Emeliyyati Sonra Qidalanma


Mədə əməliyyatı sonrası qidalanma eynilə mede kiciltme emeliyyati qədər vacib bir məsələdir. Mədə kiçiltmə əməliyyatının uzun müddətdə uğurlu olması üçün bariatrik cərrahiyyə əməliyyatından sonra xəstə düzgün qidalanmalı və gündəlik həyatında aktiv olmalıdır.


Nəticə


Bir sadələşdirmə etsək deyə bilərik ki, mədəkiçiltmə əməliyyatı zamanı mədənin həcmi cərrahi əməliyyat yolu ilə azaldılaraq daha az qida qəbuluna səbəb olur. Pasient qəbul etdiyi qidaların həcmini kontrol altında saxlaya bilir, doymuşluq hissinə tez çatır.


Yaxud digər bir növ bariatrik əməliyyat növündə bağırsaqların sahəsi kiçildilərək qida maddələrinin sorulmasını azaldır. Beləliklə, kalori alınmasının qarşısını alır.


Məhz buna görə də bir çox hallarda bariatrik cərrahiyyəyə həm də “Artıq çəki cərrahiyyəsi” deyilir. Çünki bariatrik cərrahiyyə uzunmüddətli və qalıcı kilo itirilməsini təmin edən yeganə üsuldur.


Bariatrik cərrahiyyədə əməliyyatlar qapalı üsulla, yəni laporoskopik aparılır. Beləliklə, pasientin bədənində heç bir kəsik izi buraxmır və estetik görünüşü pozmur. Əməliyyatların laporoskopik icra edilməsi sağalma müddətini və xəstəxanada yatış müddətini azaldır.


Qısa müddətdə özündə müsbət dəyişiklik görən pasientin əhval-ruhiyyəsində də ciddi dəyişiklik hiss olunur.


Tətbiq olunan pəhriz və aktiv həyat fəaliyyəti ilə birlikdə bariatrik cərrahiyyə kilo verilməsində gözlənilən nəticələri verir.


Laparoskopik Emeliyyat Qiymeti


Mede emeliyyati ilə artıq çəkilərindən azad olmaq istəyən şəxslər laparaskopik üsulla həyata keçən mədə kiçiltmə əməliyyatının qiymətini öyrənmək üçün əlaqəyə keçə bilərlər.


Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya