Mədə Botoksu Nədir və Necə Edilir? Mədə Botoksu Təsiri

Mede Botoksu


Mədə botoksu artıq çəkidən əziyyət çəkən və tətbiq etdiyi üsullardan (arıqlama diyetası, idman və s.) istədiyi nəticəni ala bilməyən xəstələr üçün tətbiq edilən arıqlama üsullarından biridir.


Mədə Botoksu Nədir?


Estetik cərrahiyyədə tez-tez tətbiq olunan botoksların mədəyə tətbiq edilməsinə mədə botoksu adı verilir. Mədə botoksu üsulunun məqsədi artıq çəkidən əziyyət çəkən insanların artıq çəkilərini itirmələrinə kömək etməkdir. 


Mədə hərəkətinin yavaşladılmasına və iştah hormonunun azaldılmasına kömək edən mədə botoksu idmandan və diyetadan nəticə ala bilməyən xəstələrə tövsiyyə olunan arıqlama üsuludur. Mədə botoksu hər zaman arıqlama diyetası və idmanla birlikdə həyata keçirilən bir üsuldur.


Mədə Botoksu Necə Edilir? 


Bariatrik müdaxilələrdən nisbətən yeni sayılan Mədə Botoxu Botulinum toksininin mədənin müəyyən hissələrinə endoskopik yeridilməsi ilə icra edilən bir əməliyyatdır. Beləliklə, mədə divarının əzələləri hərəkətsiz qalır, mədəninin boşalma müddəti azalır, nəticə olaraq iştaha azalır.


Mədə botoxu Bədən Kütlə İndexi 25 və 30 arası olan, uzun müddət pəhriz və fiziki aktivlik ilə müəyyən bir nəticə əldə edə bilməyən xəstələrə tətbiq edilir.

Mədənin fundal hissəsində aclıq hissi yaradan xüsusi hormonlar ifraz olunur. Ac olduğumuz zaman bu hormonlar ifraz olunmağa başladığı üçün dərhal yemək axtarışına başlayırıq. Botulotoksin (botox) tətbiq olunduğu zaman mədə divarları 4-6 aylıq keçici bir müddətdə iflic olur, qida mədədə daha uzun müddət qalır və beləliklə, toxluq hissi yaranır. Təbii ki, pasient “toxluq” hissini yaşadığı üçün qidadan imtina edir və kilo verməyə başlayır.


İcra müddəti orta hesabla 15-20 dəqiqə davam edən prosedurun xəstəxana yatış müddəti 2 saatdan daha azdır.


Lakin mədə botoksunun tətbiqi zamanı kilo vermə xəstənin yaşı, irqi, qidalanma vərdişindən olduqca asılıdır. Əgər pasient qidalanma vərdişlərinə dəyişiklik etməzsə verdiyi çəkini çox qısa zamanda geri qazana bilər.


Məhz bu səbəblərdəndən dolayı Mədə Botoksu geniş tətbiq olunmur.


Diqqətinizi çəkə bilər: Mədə Kiçiltmə Əməliyyatı (Boruvari Rezeksiya Əməliyyatı) Nədir?

Mədə Botoksunun Faydaları


Yediyimiz qidalara bağlı olaraq mədə əzələlərimiz sürətli hərəkət edir və bu da qısa zamanda acmağımıza səbəb olur. Doğru qidalannmayan, doğru olmayan yemək vərdişlərinə yiyələnən, idman etməyən və yavaş həyat tərzinə öyrəşən insanlar bu səbəbdən artıq çəki əldə edirlər və onları itirməkdə çətinlik çəkirlər. Bu zaman mədə botoksu əzələlərin sürətli işləməsinin qarşısını almağa kömək edir. Mədə botoksu artıq çəkidən əziyyət çəkən insanların 15-20 kq çəki itirməsinə kömək edə bilir.


Mədə Botoksu Riskləri, Mede Botoksu Fesadlari


Mədə botoksu ciddi əlavə təsirlərə sahib olmayan bir prosedur olsa da, bəzi xəstələrdə allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən fərqli maddələrə allergiyası olan insanlar mədə botoksu etdirərkən diqqətli olmalı və həkimi allergiya ilə bağlı məlumatlandırmalıdır.


Mədə Botoksu Kimlərə Tətbiq Edilmir?


Hər tibbi prosedurda olduğu kimi mədə botoksu da bəzi insanlar üçün uyğun deyil. Başda hamilə qadınlar və xərçəng xəstələri olmaqla, mədə xəstəliyinə sahib olanlar və qısa zaman öncə əməliyyat olanlar mədə botoksu elətdirə bilməzlər.


Mədə Botoks Prosesi Nə Qədər Çəkir?


Mədə botoksu proseduru ortalama olaraq 15-20 dəqiqə çəkir. Prosedur zamanı və sonrası xəstə heç bir ağrı hiss etmir. Prosedur sonrası xəstənin xəstəxanada qalmasına ehtiyac yoxdur.


Mədə Botoksu Qiyməti


Mədə botoksu qiyməti ilə bağlı məlumat almaq üçün əlaqə vasitələri ilə müraciət edə bilərsiniz.


Add comment

Add comment

reload, if the code cannot be seen

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya