Əməliyyatdan Sonra Saç Tökülməsi
Mədəkiçiltmə əməliyyatından sonra ən çox rastlanan problemlərdən biri də saç tökülməsidir. Bu hal xəstələrin 30%-də müşahidə olunur. Əməliyyatdan sonra 3-9 ay arasında daha çox görünən saç tökülməsi əslində sağlamlıq problemi yaratmır və müvəqqətidir. Ancaq nəzərəçarpacaq dərəcədə olmasa da, görünüş və psixoloji faktorlar nəzərə alınmaqla saç tökülməsi müdaxilə tələb edir.Az miqdarda saç tökülməsi ümumiyyətlə əməliyyatdan sonra 3 ay və ya daha çox davam edən və xəstələrin təxminən üçdə birinə təsir edən ümumi bir problemdir. Bariatrik cərrahi əməliyyatların qidalanma vəziyyətindəki dəyişikliklər və qida məhdudiyyəti səbəbiylə saç böyüməsi dövrünə təsir etdiyi düşünülür.
Bariatrik cərrahiyyənin əsas məqsədi tarazlıqdan çıxmış bədəni tarazlaşdırmaqdır. Ancaq obez insanlar lazım olduğundan çox yemək yeməyə alışdıqlarından mədəkiçiltmə əməliyyatından sonra qida qəbulunun kəskin azalması kalori balansının dəyişməsinə və pasiyentin sürətlə çəki itirməsinə səbəb olur. Bu isə bəzi vitamin və mineralların çatışmazlığına yol açdığından, qısamüddətli saç tökülməsinə gətirib çıxardır. Əgər bu hal pasiyenti narahat edərsə, saça cavabdeh olan vitamin və minerallar təyin edilir.
Mədəkiçiltmə əməliyyatı saç tökülməsinə səbəb ola biləcək bir stress səbəbi deyildir.
Bariatrik əməliyyatdan sonra saç tökülməsi ümumiyyətlə 2-3 aydan sonra baş verir. Əməliyyatdan sonrakı 8-9-cu aylarda bu proses dayanır. Çəki sabitləşdikdən sonra heç bir müdaxilə edilməsə belə, saç artımı yenidən müşahidə olunur. Pasiyentlər unutmamalıdır ki, bu keçici bir vəziyyətdir.