Əməliyyat Kim və Hansı Yaşlar Üçündür?

Mədə kiçiltmə əməliyyatı hansı yaş aralığında olanlara uyğundur?


Mədə kiçiltmə əməliyyatı əsasən 15-65 yaş aralığında olan insanlara tətbiq edilir. 15 yaşdan aşağı uşaqlar üçün isə bu əməliyyat pediatr və ya endokrinoloq tövsiyəsi ilə piylənmənin qarşısını almaq məqsədi ilə keçirilə bilər. 65 yaşdan yuxarı yaş qrupuna aid olanlar üçün mədəkiçiltmə əməliyyatı sual altında olsa da, nadir hallarda keçirildiyi də olur. Təbii ki, bu şəxslərə xüsusi həssaslıqla yanaşılır, əməliyyat paketi daha geniş götürülür. Əgər ciddi ehtiyac varsa və əks göstəriş yoxdursa, o halda əməliyyat qərarı verilə bilər, lakin maneə yaradacaq faktorların olmadığından əmin olmalıdırlar. Praktikamızda 70 yaşlı pasiyentə mədəkiçiltmə əməliyyatı tətbiq etmişik.

Qeyd edilən 15-65 yaş aralığına aid olan və şəkər, oynaq, ürək-damar problemləri olub çəkisinə nəzarətdə əziyyət çəkənlər, eləcə də bu və ya digər səbəbdən artıq çəki problemi yaşayanlar, qəbula yazılaraq əməliyyat keçirilməsinin məqsədəuyğunluğu barədə mütləq şəkildə konsultasiya keçirməlidirlər.

Bariatrik cərrahiyyənin sizin üçün doğru seçim olduğunu düşünə bilərsiniz və haqlı ola bilərsiniz. Bununla birlikdə, həkiminiz qərar vermə prosesində eyni anda bir çox faktoru qiymətləndirir. Bariatrik cərrahiyyə artıq çəkidən əziyyət çəkən, bədən kütlə indeksi 32 və üzəri olan insanlara tətbiq edilir. Həkiminiz hərtərəfli müayinə prosesindən sonra bariatrik cərrahiyyə əməliyyatı üçün uyğun olub - olmadığını qiymətləndirəcək.

Əgər sizə II və III dərəcəli piylənmə diaqnozu qoyulubsa, yəni, bədən kütlə indeksi 35-dən yuxarıdırsa, bu, mədəkiçiltmə əməliyyatına göstəriş sayılır. 3 il və ya daha çox davam edən piylənmə bariatrik cərrahiyyəyə ehtiyac olduğunu göstərə bilər. Bədən kütlə indeksi 32 ilə 35 arasında olan xəstələrdə yüksək çəkinin səbəb olduğu arterial təzyiq, 2-ci tip şəkərli diabet, ürək xəstəliyi riskləri, yuxu apnesi, artrit və digər sağlamlıq problemlərini nəzərə alaraq bariatrik cərrahiyyə tətbiq edilir. Bu şərtlər xaricində, spirtli içkilərə, narkotiklərə vs. aludə olmamaq, hormonal pozğunluq olmaması, mümkün dəyişikliklərə uyğunlaşma qabiliyyəti kimi bir çox şərtlər qiymətləndirilir və bu qiymətləndirmənin sonunda qərar verilir. Bariatrik cərrahiyyə əməliyyatından öncə ilkin analizlərin qiymətləndirilməsi prosesin sonrakı gedişi üçün çox vacibdir.

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya