Əməliyyata Hazırlıq
Mədə Kiçiltmə Əməliyyatına Hazırlaşanlar Üçün Vacib Məlumatlar
Mədə kiçiltmə əməliyyatı piylənmə ilə mübarizədə pəhriz və idman kimi bir çox üsulları sınaqdan keçirmiş və müvəffəqiyyət qazana bilməyən insanlar üçün ümid mənbəyidir. Ancaq əməliyyatdan əvvəl şəxsin bu cərrahi müdaxiləyə hazır olması vacibdir. Bəs mədə kiçiltmə əməliyyatından əvvəl nə etmək lazımdır? Təfərrüatlar məqaləmizdə.
Dövrümüzdə artıq çəki problemindən xilas olmağın ən geniş yayılmış üsullarından biri də mədə kiçiltmə əməliyyatıdır. Hər bir əməliyyatdan öncə olduğu kimi, mədəkiçiltmə əməliyyatının həyata keçirilməsindən bir müddət öncəki hazırlıq prosesi də böyük önəm daşıyır. Buraya fiziki hazırlıqla yanaşı psixoloji hazırlıq da aid edilir.
Qana daxil olan nikotinin yaraları sağaltma prosesini uzatmaması üçün siqaretdən uzaq durmağınız məsləhət görülür. Dərman qəbulu da diqqət olunmalı nüanslardan sayılır. Buna görə də qəbul olunan bəzi dərman preparatları həkim məsləhəti ilə davam etdirilməli və ya dayandırılmalıdır.
Mədəkiçiltmə əməliyyatına hazırlaşanlar üçün onu deyək ki, mədəkiçiltmə əməliyyatı öncəsində xəstələnməməlisiniz, çünki bu təqdirdə əməliyyatı qısamüddətli təxirə salmalı olacaqsınız. Bu səbəbdən, xəstəlik və ya infeksiyaya tutulmamaq üçün sağlam qidalanmalı, təmizliyə riayət etməli və öz qeydinizə qalmalısınız.
Bu müddətdə gündəlik yürüyüş etmək də əməliyyat sonrası tənəffüs sistemi ilə bağlı yarana biləcək riskləri azaldır.
Çəkisi həddindən artıq çox olan super obez pasiyentlərdə mədəkiçiltmə əməliyyatından öncə xüsusi pəhriz planı ilə müəyyən qədər çəki itirilməsinə nail olduqdan sonra əməliyyat qərarı verilir.
Pasiyentin əməliyyat prosesi, əməliyyat sonrası kilo itkisi və bunun nəticələri barədə, həmçinin risk və avantajlar barədə məlumatlı olması və bunları qəbul etməsi psixoloji cəhətdən önəm daşıyır.
Mədə Kiçiltmə Əməliyyatından Əvvəl Etməli Olduqlarınız
Bariatrik Cərrah İlə Əlaqə
Əməliyyatdan əvvəl pasiyentin bariatrik cərrahiyyə müdaxiləsinə hazır olması vacibdir. Xəstənin bariatrik cərrah ilə ilk görüşdə ətraflı anamnez alınır. Sonra fiziki müayinə aparılır. Boy çəkisinin ölçülməsi, bədən kütlə indeksinin hesablanması aparılır. Xəstədən əlavə şəkər xəstəliyi, təzyiq və yuxu apnesi kimi xəstəliklərin olub-olmaması, keçirdiyi əməliyyatlar və qəbul etdiyi dərmanlar sorğulanır. Növbəti prosesdə ətraflı müayinə və qiymətləndirmə aparılır.
Siqaret çəkmək
Mede kiciltme emeliyyati etmək istəyən pasiyentə hər zaman siqaretlə bağlı sorğu-sual olunur. Siqaret dayandırılmalıdır, çünki bu, əməliyyatdan sonra toxumaların sağalmasına mənfi təsir göstərir, ağırlaşma riskini artırır, ümumi anesteziya alan xəstənin boğaz ağrısını artırır və normaldan çox öskürür. Mümkünsə, əməliyyatdan 2 ay əvvəl siqaretdən imtina edilməli və əməliyyatdan sonra ən azı 1 ay müddətində siqaret çəkilməməlidir.
Ətraflı sual-cavab
Mədə kiçiltmə əməliyyatı olunacaq pasiyentə əvvəlcə anestezioloq tərəfindən müxtəlif analizlər verilir. Bu yolla həmin şəxsin narkoz qəbul etməsinin onda hər hansı fəsad törədib-yaratmadığı anlaşılır. Sonra insana lazım olarsa, ürək-damar cərrahiyyəsi, kardiologiya, döş qəfəsi xəstəliklərini müayinə edir. Sonra ətraflı qan testi aparılır. Bundan əlavə, qaraciyər və böyrək funksiyalarını təyin etmək üçün əlavə testlər tətbiq olunur. Ciddi xroniki xəstəlikləri olan insanlar üçün ilk növbədə bu pozğunluqlara nəzarət etmək vacibdir. Tənəffüs, şəkər və təzyiq xəstəlikləri olan şəxslər üçün əməliyyatdan əvvəl bəzi qidalanma qaydaları tətbiq edilir.
Endoskopiya (qastroskopiya)
Bütün mədə kiçiltmə əməliyyatı proseslərindən əvvəl ən vacib müayinə endoskopiya və qarın boşluğunun ultrasəsidir. Bu universal tələbdir. Bu müayinə anestezioloq tərəfindən aparılır. Oral endoskopik cihazla həyata keçirilən bu əməliyyatda; Qida borusu, mədə və onikibarmaq bağırsağın əməliyyata mane ola biləcək bir problem olub-olmadığı yoxlanılır. Problem varsa, ilk növbədə müalicə olunurlar.