Mədəkiçiltmə əməliyyatından sonra vitamin və protein qəbulu

Pasiyentlərin protein və vitamin çatışmazlığı yaşamaması və ən əsası bir daha kilo almaması üçün mədəkiçiltmə əməliyyatından sonra həkimin tövsiyə və təyinatlarına ciddi riayət etmələri önəmlidir. Mədəkiçiltmə əməliyyatından sonra 1 ay müddətinə vitamin və protein qəbul edilir.

Protein qəbulu bariatrik əməliyyatdan sonra ən çox verilən sualdır. Bu əməliyyatdan sonrakı ilk dövrlərdə zülal mənşəli qidaların qəbul edilməməsi və ya az istifadə edilməsi orqanizmdə əzələ itkisinə səbəb ola bilər. Bu səbəbdən, əzələ itkisinin qarşısını almaq və orqanizmin zülal tələbatını qarşılamaq üçün protein dəstəyi alınmalıdır. Bu səbəblə əməliyyatın 8-ci günündən etibarən təyin edilən polivitamin və protein tozunu qəbul etmək çox önəmlidir. Mədəkiçiltmə əməliyyatından sonra ilk ayda protein tozunun istifadəsi ilə bağlı tövsiyələrə əməl etməlisiniz. Bariatrik cərrahiyyə əməliyyatlarından  sonra ilk 30 günlük mərhələdə hər gün ən az 60 qram protein qəbul edilməlidir. 4 həftəlik pəhriz etapı müddətində bu dəyərə çatmaqda çətinlik çəkən xəstələr ola bilər. Buna görə protein tozu əlavələrindən istifadə edilir.

Yəqin ki, internetdə protein tozları görmüsünüz. Bu tozlar ümumiyyətlə idmançılar və ya fərqli məqsədlər üçün qəbul edilir. Bu səbəblə həkiminizin protein tozu tövsiyəsini dinləməlisiniz. Yalnız bariatrik müdaxilələrdən sonra istifadəsi tövsiyə olunan protein tozları - 100% whey protein qəbul edilməlidir.

Mədəkiçiltmə əməliyyatından sonra ilk 1 ayda təyin edilən pəhriz planının orqanizmə vacib olan vitamin və mineral çatışmazlığına səbəb olmaması üçün təyin edilən polivitamin qəbulu çox önəmlidir. Əməliyyatdan sonrakı 1,3,6-cı aylarda aparılan qan təhlillərində hər hansı vitamin çatışmazlığı aşkar edilərsə, vitamin qəbulu müddəti uzadıla bilər.

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya