Əməliyyatdan sonra normal həyata və işə qayıdış

Ağrıların az olması və sağalma prosesi qısa sürməsinin nəticəsidir ki, pasiyentlər qısa müddətdə adaptasiya olaraq əvvəlki həyat tərzlərinə, iş həyatlarına və gündəlik fəaliyyətlərinə heç bir maneə olmadan, hətta daha özgüvənli şəkildə davam edə bilir.

Əməliyyat öncəsi fiziki və psixoloji hazırlığın düzgün aparılmış olmasının post-əməliyyat dövründə də nəticəsini müşahidə edirik ki, əməliyyat nəticələrinin öncədən qəbullanılmış olması bu prosesi qısaldır. Bəzən bu periodda pasiyentin gündəlik tutaraq əməliyyat öncəsi və sonrası hisslərini müqayisəli olaraq yazması, fiziki dəyişikliklərini qeyd edərək özünə motivasiya yaratması da tövsiyə olunur.

Mədə kiçiltmədən sonrakı müddətdə sevdiklərinizlə mütəmadi olaraq ünsiyyətdə olmaq, onların qayğı, anlayış və dəstəyindən yararlanmaq da önəm daşıyan faktorlardandır. Hər bir halda, ümumi qənaət uyğunlaşma prosesinin qısa sürdüyü və tezliklə hər şeyin axarına düşəcəyi üzərindədir. Bəzi hallarda xəstənin vəziyyətindən asılı olaraq sağalma prosesi fərqlilik göstərə bilər. Bu zaman fokuslanmalı olduğunuz ən önəmli faktor səbirli olmağınızdır ki, arzusunda olduğunuz görünüş və sağlamlığa tezliklə qovuşasınız!

Qeyd edək ki, fiziki işlə məşğul olmayanlar əməliyyatın 5-ci günü, fiziki işlə məşğul olanlar isə əməliyyatdan 2 həftə sonra işə çıxa bilərlər.

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya