Mini Gastrik Bypass Əməliyyatı - Dr.Habil Qafarov
Mini Gastrik Bypass Nədir?
Mini Gastrik Bypass əməliyyatı mədə kiçiltmə əməliyyatı laparoskopiya üsulu ilə, yəni qapalı formada həyata keçirilən mədəkiçiltmə əməliyyatıdır. Mini gastrik bypass əməliyyatının məqsədi həm mədə həcmini azaltmaq, həm də incə bağırsağın bir hissəsinin həzm funksiyasını azaltmaqdır. Mini gastrik bypass əməliyyatı mədəkiçiltmə əməliyyatları arasında ən asan həyata keçən əməliyyatlardan biridir. Mini gastrik bypass əməliyyatından sonra xəstə qısa müddət ərzində gündəlik həyatına qayıda bilər.
Mini Gastrik Bypass Necə Edilir?
Mədə kiçiltmə məqsədi ilə həyata keçirilən mini gastrik bypass əməliyyatını aşağıdakı formada həyata keçirilir:
Xəstənin qarın bölgəsinə hər biri 1 sm olacaq şəkildə 5-6 kiçik kəsik atılır və bu kəsiklərdən içəri trokar adı verilən alətlərlə giriş edilir.
Bu alətlər vasitəsilə qarnın içərisinə kamera və lazım olan əməliyyat alətləri yerləşdirilir.
Mədənin girişində kiçik mədə balonu yaradılaraq bu bölmənin əsas mədədən təmamilə ayrılması həyata keçirilir.
Sonrakı mərhələdə yaradılan kiçik mədə ilə incə bağırsaq arasındakı əlaqə qurulur. Bununla da xəstə tərəfindən qəbul edilən qidaların bağırsaqlara keçid etməsi həyata keçirilir.
Mini Gastrik Bypass Mədəkiçiltmə Əməliyyatı ilə Artıq Çəkidən Azad Olmaq
Mini gastrik bypass əməliyyatı sayəsində xəstələr əməliyyatdan sonraki ilk 2 ildə artıq çəkilərinin yarısından çoxundan azad olur. Əməliyyat xəstənin həm daha az yemək qəbul etməsini həm də uzun müddətli toxluq hissinə sahib olmasını təmin edir.
Diqqətinizi çəkə bilər: Mədə Bandı və ya Bandajı əməliyyatı. (AGB-Adjustable gastric banding)
Mini Gastrik Bypass Əməliyyatı Risk Faktorları
Mini gastrik bypass əməliyyatı zamanı mədənin böyük bir hissəsi işlək olmayan vəziyyətə gətirilir lakin bu hissə bədəndən atılmır. Yəni, əməliyyat zamanı xəstənin heç bir orqanı kəsilib atılmır.
Mini gastrik bypass əməliyyatının riskləri aşağıdakı kimidir:
Sümük əriməsi
Sürətli arıqlama
Mədə bulantısı, qusma
Vitamin və mineral əskikliyi
Diareya
Mini Gastrik Bypass Əməliyyatı Kimlər Üçündür?
Mini gastrik bypass əməliyyatının edilib edilməyəcəyinə bariatrik həkim qərar verir. Xəstənin yaşı, bədən kütlə indeksi, mövcud olan xəstəlikləri, refluks olub olmaması və bağırsaqların mövcud vəziyyətinə bağlı olaraq həkim əməliyyatın edilib edilməyəcəyini deyə bilər.
Mini Gastrik Bypass Əməliyyatından Sonra Qidalanma
Mini gastrik bypass əməliyyatından sonra qidalanma xəstənin həyatında çox böyük rol oynayır. Doğru və planlı şəkildə hazırlanmış arıqlama diyetası ilə xəstə sağlıqlı bir şəkildə arıqlaya bilər.