Əməliyyatdan Sonra Dəri Sallanması

Mədəkiçiltmə əməliyyatından sonra dəri sallanması bəzi pasiyentlərdə rast gəlinir. Xüsusilə həddindən artıq çəkili insanlarda mədəkiçiltmə əməliyyatından sonra qarın, ayaqlar və qollarda sallanmalar meydana gəlir. Sallanmanın dərəcəsi şəxsin yaşına, verilən çəki miqdarına və dəri quruluşuna görə dəyişir. 1-ci və 2-ci dərəcəli piylənmədən əziyyət çəkən insanlarda bu əmıəliyyatdan sonra demək olar ki sallanma olmur.

Üz, boyun, süd vəzləri, qollar, qarın, qasıq və bud nahiyyəsi sallanmanın görüldüyü yerlərdir.

Mədə kiçiltmə əməliyyatından sonra, estetik müdaxilələrə başlamadan öncə verilən çəki sonrasında vəziyyətin sabitlənməsi üçün ən az 18 ay gözləməyə ehtiyac vardır.

Mədəkiçiltmə əməliyyatından sonra estetik əməliyyat çəki itirmə dövrünü tamamlamış, arıqlama dövründə qidalanma və idman şərtlərini yerinə yetirməyi özünə həyat tərzi etmiş və ümumi sağlamlıq vəziyyəti bu əməliyyatlara uyğun olan pasientlərə məsləhət görülür. Əməliyyatlar ümumi anesteziya ilə yerinə yetirilir. Kəsilən hissənin həcmi pasientin sallanmış dəri miqdarına uyğun olaraq əməliyyat öncəsi cərrah və pasiyent arasında danışılır.

Mədə kiçiltmə əməliyyatından sonra edilə biləcək estetik əməliyyatlar:
  • Üz- boyun nahiyyəsi: Sallanmanın dərəcəsinə görə klassik üz gərmə və boyun gərmə və ya mini üz gərmə;
  • Qarın nahiyyəsi : Qarın gərmə əməliyyatı ilə düzəldilir. 
  • Süd vəzləri: Sallanmış olan süd vəzləri dikləşdirmə əməliyyatı ilə düzəldilir. Sıxlıqla süd vəzlərinin həcmi azalmış olduğundan, eyni seansda dikləşdirmə ilə bərabər silikon implantla süd vəzlərinin həcminin bərpasına ehtiyac ola bilər.
  • Qollar: Qollardakı sallaqlıqlar qol gərmə əməliyyatı ilə düzəldilir.
  • Bud nahiyyəsi: Budların iç hissəsində sallanmalar nəzərə çarpır və bud gərmə əməliyyatı ilə düzəldilir.
Qeyd olunan əməliyyatlar öncəlik sırasına görə 1və ya 2 seansda edilə bilər.

Bu əməliyyatlar ilə sağlam və ölçülü bir bədən formasına malik olmaq əsas məqsəd hesab olunur. Kəsiklər estetik tikişlər ilə edildiyi üçün tez sağalır və izlər qalmır. Əgər xəstənin çəkisi artıb-azalırsa estetik əməliyyat məsləhət görülmür. Estetik əməliyyatdan əvvəl xəstənin ideal kilosunu sabitlənməsi vacibdir.

Bariatrik cərrahiyyə sonrası əsas məqsəd xəstənin tam sağalması və normal çəkisinə qovuşmasıdır.

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya