Əməliyyatdan Sonra Mədə Bulanması

Əməliyyat sonrası mədə bulantısına səbəb ola bilən digər faktor qidaları yaxşı çeynəmədən udmaqdır. Mədə kiçiltmə əməliyyatı olan və ya olacaq insanlarda həddindən çox yemə və çox çeynəmədən udmaq kimi davranışlar tez-tez rast gəlinən hallardır. Mədə kiçiltmə əməliyyatı sonrası yaxşılaşma müddətinə uyğun olaraq planlaşdırılmış “PƏHRİZ PLANI“ sizlərə dietoloqunuz və ya həkiminiz tərəfindən izah edilməlidir. Planlaşdırılan bəslənməyə görə yeyilən qidadan həzmsizlik hissi yaşansa mədə bulanması şikayətləri ola bilər. Mədə bulanması yaşandığı vəziyyətlərdə ilk 2 saat qida qəbulu kəsilməlidir. Rahatlıq hiss etmədiyiniz təqdirdə həmin günü yalnız mayelər ilə qidalanmaq lazımdır (su, şəkərsiz kompot və ya qatqısız alma suyu kimi).
Əməliyyat sonrası mədə bulanması halsızlıq, yorğunluq, maye itkisi və qıcqırmaya səbəb ola bilər. Belə bir vəziyyətdə dietoloqunuz və cərrahınız ilə əlaqə yaratmaq ən doğrusu olacaq. Cərrahi komandanın bu mövzuda sizi yaxından təqibi olduqca önəmlidir!