Mədə Bandı və ya Bandajı əməliyyatı

Mədə Bandı Nədir?


Mədə bandı və ya mədə bandajı cərrahiyyə proseduru (AGB-Adjustable gastric banding) mədə kiçiltmə əməliyyatlarının bir növüdür. Bu əməliyyat növü xəstə adətən diyeta, idman və medikal yanaşmalardan nəticə əldə etmədiyi zaman bariatrik həkim tərəfindən onlara tətbiq edilən mədə kiçiltmə əməliyyatıdır. Mədə bandı vasitəsilə bir il ərzində artıq çəkilərin 50%-ə qədərini itirmək mümkündür.


Mədə bandı və ya mədə bandajı əməliyyatı ideal çəkisindən 40 kilo artıq çəkiyə sahib olan xəstələr üçün tətbiq edilir. Əməliyyat zamanı xəstənin mədəsinə silikondan hazırlanmış mədə bandı yerləşdirilir. Əməliyyat zamanı həzm sisteminin heç bir parçası xəstənin bədənindən çıxarılmır.


Mədə bandajı əməliyyatının müddəti 1 saatdır. Mədə bandı və ya mədə bandajı əməliyyatı laparoskopiya üsulu ilə həyata keçirilir və xəstənin əməliyyatdan qısa müddət sonra gündəlik həyatına qayıtması təmin edilir.


Mədə Bandı və ya Mədə Bandajı Əməliyyatının Təsiri


Ümumi anesteziya ilə icra edilən bu əməliyyat zamanı mədəyə silikon bandaj taxılır. Qida borusu ilə mədənin birləşdiyi nöqtədən bir qədər aşağıda taxılan silikon bandaj mədəni iki bərabər olmayan hissəyə ayırır. Qida yuxarıda qalan daha kiçik hissədə toplanır. Digər böyük hissəyə qida keçidi isə ləng baş verir. Bununla da pasient həm uzun müddət toxluq hissi yaşayır, həm də qidalı maddələrin bağırsaqlardan sorulması uzun müddət çəkir.


Əməliyyat laporoskopik üsulla icra edildiyi üçün infeksiyalaşma, qanaxma kimi riskləri daha az qeyd edilir. Həmçinin laporoskopik üsulla icrası bizə icazə verir ki, Mədə bandajı əməliyyatından sonra xəstəxanada yatış müddəti qısa olsun.


Mədə bandajı əməliyyatının üstün cəhəti məhz mədənin hər hansı bir hissəsinin qalıcı olaraq rezeksiya olunmamasıdır. Buna baxmayaraq, mədənin həcmində kifayət qədər azalma olur. Digər üstün cəhət isə xəstənin istəyinə əsasən bandajın taxılıb, daha sonra çıxarıla bilməsidir.


Mədə bandajı əməliyyatı ilə artıq çəkinin 50%-ə qədər azalması mümkün olur.


Lakin bəzi bariatrik əməliyyatlarda olduğu kimi Mədə bandajı əməliyyatından sonra da pasient qidalanma rejiminə və qida rasionuna diqqət etməlidir. Əks təqdirdə əvvəlki çəkiyə geri qayıtmaq halları müşahidə olunur.


Mədə Bandı Əməliyyatı Kimlər Üçündür?


Əməliyyat Bədən Kütlə İndexi 40-dan çox olan, pəhriz, idman məşqləri və digər tibbi üsullarla çəki verə bilməyən xəstələrə tətbiq edilir. Pasientin zərərli vərdişlərinin (xüsusilə narkotik və psixotrop maddələrdən asılılıq) olmamasına, psixi vəziyyətinin qənaətbəxş olmasına (Bulemia Nevroza, depresiya kimi ruhi sağlamlığa təsir edən xəstəliklər olmamalıdır) xüsusilə diqqət edilir.


Silikon və ya silikondan yaranan maddələrə qarşı allergiyası olan xəstələr mədə bandı əməliyyatı ola bilməzlər. 


Diqqətinizi çəkə bilər: Mədə Balonu Nədir? - Mədəkiçiltmə - PhD. Dr. Habil Qafarov

Mədə Bandajı Əməliyyatından Sonra


Mədə bandı əməliyyatı olan xəstələrin vəziyyəti həkim tərəfindən davamlı olaraq izlənilir.


Əməliyyatdan sonra xəstələr üçün xüsusi pəhriz və idman proqramları hazırlanır. Hər ay arıqlama vəziyyəti və sürəti ətraflı şəkildə izlənilir. Əgər arıqlamada ləngimə və ya dayanma varsa, əlavə qısa müddətli əməliyyatla yerləşdirilən mədə bandajı yenidən daraldıla bilər.


  1. Lazım gələrsə əməliyyatdan 1 və ya 2 gün sonra evə buraxılacaqsınız.

  2. Laparoskopik üsuldan istifadə edildiyi üçün cərrahi çapıq (iz) çox az və gözə görünməz olacaq.

  3. Xəstələr gözlənildən daha sürətlə arıqlarsa, intensiv zəifləmə nəticəsində dəridə müxtəlif deformasiyalar – sallanmalar yarana bilər.

  4. Əməliyyatdan sonra sürətli bir şəkildə yemək yemək qusmaya səbəbiyyət verə bilər.

  5. Əməliyyatdan sonra qısa müddətə də olsa qida qəbulu vərdişlərindən qaynaqlanan qəbizlik yaşaya bilərsiniz.

  6. Mədə bandajı tətbiqindən sonra ilk 1 il ərzində artıq çəkinizin ən az yarısının itiriləcəyi gözlənilir.

  7. Piylənmədən qaynaqlanan əlavə xəstəliklər mədə bandı tətbiqindən sonra zamanla azalacaq. Məsələn, xolesterol, qan təzyiqi, diabet və artıq çəkidən qaynaqlanan diz ağrıları kimi problemləriniz ilk il ərzində çox yaxşılaşacaq.


Mədə Bandı və ya Mədə Bandajı Əməliyyatının Riskləri


Hər cərrahiyyə əməliyyatında olduğu kimi, mədə bandı əməliyyatında da risklər mövcuddur. Bu risklərin bir çoxu anesteziya (narkoz) səbəbilə ortaya çıxmaqdadır. Anesteziya səbəbilə ortaya çıxan risklər arasında allergik reaksiyaların meydana gəlməsi və tənəffüs problemlərinin yaşanması yer alır.


Hər bir cərrahiyyə əməliyyatında olduğu kimi mədə bandı əməliyyatında da qanaxma və emboliya kimi risklər mövcuddur. 


Digər risklər:


  1. Mədə bandının sürüşməsi problemləri

  2. Mədə xorası riski

  3. Qastrit riski

  4. Mədə bandı tərəfindən mədə divarının qıcıqlanması

  5. İnfeksiya riskləri

  6. Əməliyyat çərçivəsində digər orqanların zədələnməsi

  7. Mədə bandının bağlanmasına imkan verən mədə bandının portunun geri çevrilməsi

  8. Əməliyyat zamanı mədə bandı portunun perforasiyası

  9. Mədə bandının normadan çox şişirdilməsi və bu səbəbdən qusmağa səbəb olması


Mədə Bandı Əməliyyatından Sonra Qidalanma


Qidalanma hər bir mədə kiçiltmə əməliyyatının ən vacib faktorlarından biridir. Əməliyyatdan sonraki prosesin böyük bir hissəsini qidalanma təşkil edir. Qidalanma əməliyyat qədər vacib və əməl edilməli olan bir faktordur. Həkim tərəfindən xəstəyə xüsusi olaraq hazırlanmış ariqlama diyetasi ilə xəstə artıq çəkilərindən sağlıqlı və sürətli bir şəkildə azad ola bilir.

Add comment

Add comment

reload, if the code cannot be seen

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya