Əməliyyatdan Sonra Qidalanma və Rejim

  • Xəstəxanadan çıxdığınız 3-cü günündən başlayaraq:
    Maye olaraq - Şəkərsiz alma,gilənar,ananas suyu,ayran,şəkərsiz evdə hazırlanan kompot içə bilərsiniz. Gün ərzində 1L su içməlisiniz.
    Qida olaraq isə - qatıq, yoqurt (meyvəsiz), toyuq və ya ət bulyonu, kisel (duru halda) və suda manna sıyığı qəbul edə bilərsiniz. Gün ərzində 3 dəfə qidalanın. Sonuncu qida qəbulu saat 19:00-a qədər olsun.
    Tikişlər üzərində olan sarğını bir gündən bir dəyişin. (Bunun üçün 5x7 sm ölçüdə Betapad steril sarğıdan və Betadin məhlulundan istifadə edin).
    Evə çıxdığınız bu gündən etibarən duş ala bilərsiniz.
    Bu gündən başlayaraq gündəlik 2-3 km yürüyüş etməyinizi tövsiyyə edirik.
    Əməliyyatın 5-ci günündən başlayaraq qara və ya yaşıl çay (açıq və ilıq olmaq şərti ilə) içə bilərsiniz.
    Əməliyyatın 9 və ya 10-cu günü tikişlərin sökülməsi üçün kontrol müayinəyə gəlməyiniz mütləqdir. (Gəlmədən öncə bizimlə əlaqə saxlayaraq vaxtı dəqiqləşdirin)
    Oturaq işlə məşğul olanlar əməliyyatın 4-cü günündən, fiziki işlə məşğul olanlar 10-cu günündən işə çıxa bilər.
    Qaynar və soyuq maye qəbul etməyin. İçdiyiniz bütün mayelər otaq temperaturunda olmalıdır.
  • Əməliyyatın 8-ci günündən başlayaraq bu qidaları menyunuza əlavə edə bilərsiniz:
    Süd ( yağlılığı 1.5%-ə qədər), südlə hazırlanan müxtəlif sıyıqlar (mannı,gerkules,yulaf), banan,alma-armud-boranı püresi (bişmiş), duzsuz pendir (yağlılığı 20%-dən az), pəhriz kəsmiyi, blenderdən keçirilmiş tərəvəz supu (boranı,kök,ispanaq,kabaçok), meyvəli yoqurt istifadə edə bilərsiniz.
    Gün ərzində 1.5L su içməyi unutmayın.
    Bu gündən başlayaraq: Meyvə (alma,üzüm) şirələrini (fresh) su ilə qarışdıraraq içə bilərsiniz.
  • Əməliyyatın 14-cü günündən başlayaraq:
    Suda az bişmiş yumurta, omlet (yağsız), bütün meyvə və tərəvəz püreləri (brakkoli, qarğıdalı,kələm istisna olmaqla), kök- kartof püresi (duru və yumuşaq), qabığı soyulmuş badımcan,xiyar və pomidor qəbul edə bilərsiniz. Gün ərzində 2L su içməlisiniz. Gündəlik yürüşünüz 5-6 km olmalıdır.
  • Əməliyyatın 21-ci günündən etibarən balıq əti (buxarda və ya sobada) qəbul edə bilərsiniz – yağlı və duzlu balıq istisnadır. 23-cü günündən toyuq, hinduşka əti qəbul edə bilərsiniz. Bu etapdan başlayaraq istədiyiniz idman növü və rəqslə məşqul ola bilərsiniz. Bizim tövsiyyəmiz yürüyüş, üzgüçülük və ya pilatesdir.
  • Əməliyyatın 28-ci günündən başlayaraq çəkilmiş qırmızı ət , bütün növ dəniz məhsulları (blenderdən keçirilmiş), istifadə edə bilərsiniz.
    Tikə ət əməliyyatdan 6 ay sonra qəbul edə bilərsiniz.
  • Əməliyyatdan 1 ay sonra: meyvə quruları, mövsümi meyvə və tərəvəzlər qəbul edə bilərsiniz.

Diqqətinizi çəkə bilər: Mədə Kiçiltmə Əməliyyatı

Qeyd: Suyu yeməkdən 40 dəqiqə əvvəl və ya 1 saat sonra için. Su içərkən və ya yemək yeyərkən 20-25 saniyə məsafə saxlayın. Qidanı yaxşı çeynədikdən sonra udun. Gün ərzində 3 maksimum 4 dəfə qidalanın. Hər qida qəbuluna minimum 20 dəqiqə vaxt ayırın. Gün ərzində atışdırmalıq qida qəbul etməyin. Əməliyyatdan 7 gün sonra cinsi əlaqədə olmağa icazə verilir. Əməliyyatdan 1 il sonra hamiləlik planlaşdıra bilərsiniz.
Unutmayın - Əməliyyatın 1, 3, 6 aylarında və 1 ilin tamamında kontrol müayinəyə gəlməyiniz mütləqdir.

Mədəkiçiltmə ilə Həyatınızı Dəyişin!
Dr. Habil Qafarov

Konsultasiya